ABŞ-ın ən böyük banklarından olan “Morgan Stanley” Rusiya səhmləri üçün çəki artımı tövsiyəsini bərabər çəkiyə endirib.
Teleqraf.com xəbər verir ki, bank Rusiya ilə Qərb ölkələri arasında Ukrayna ilə bağlı artan gərginliyi əsas gətirərək proqnozunu dəyişib.
Bankın analitik qrupu araşdırmalarında qeyd ediblər ki, Rusiya üçün tövsiyəmizi “çəki artımı-OW”dan “bərabər çəki-EW”ə endirməklə bazarın bölüşdürülməsində riski azaltdıq. Bankın hesabatında Ukrayna ilə bağlı yaşanan gərginliyin tam böhrana çevrilməsini ehtiva edən ən pis ssenaridə Rusiya səhmlərinin 30 faizə qədər ucuzlaşa biləcəyi ifadə edilib.