İstanbul Ticarət Palatasına (İTO) bağlı çörək sexlərində 210 qramlıq çörəyin qiyməti 3 TL-yə qaldırılıb.
Teleqraf.com xəbər verir ki, beləliklə, İTO-nun çörəkbişirmə sexlərində çörəyin kiloqramı 31,4 faiz artımla 14,28 lirə müəyyən edilib.
Məlumata görə, İstanbulda İTO-ya üzv çörəkbişirmə müəssisələrində tariflərinin müəyyən edilməsi üçün fevral ayı şura iclasında qərar qəbul edilib. Səsvermə nəticəsində İstanbulda 1 kiloqram çörəyin qiyməti 14,28 lirəni keçməmək şərti ilə 210 qram çörəyin 3 TL olacağına qərar verilib.
Əvvəlki tarifdə çörəyin kiloqramının maksimum qiyməti 10,87 lirə müəyyən edilmiş, 230 qram çörəyin 2,5 lirəyə satılması qərara alınmışdı.