23 Fevral 2022 16:30
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı ilə Abşeron rayonu, Novxanı kəndində sahibkarlıq subyektləri ilə növbəti dəfə görüş keçirilib. Birliyin rəhbər şəxslərinin, sahibkarlara xidmət göstərən müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə sahibkarların, habelə sakinlərin təklifləri dinlənilib, sualları cavablandırılıb və onları maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılıb.

Teleqraf.com xəbər verir ki, daxil olan müraciətlər əsasən payız-qış mövsümlərində təbii qazın təzyiqinin aşağı olması, dövri yoxlama müddəti çatan sayğacların əvəzlənməsi zamanı sonradan ödənişli deyil, əvvəlcədən ödənişli sayğacların quraşdırılması ilə bağlı olub.

Həlli mümkün olan müraciətlərin icrası istiqamətində Birliyin məsul şəxsləri tərəfindən yerindəcə tapşırıq verilib. Digər müraciətlərin araşdırılaraq rəhbərliyə təqdim olunması istiqamətində bütün müraciətlər qeydə alınıb.

Qeyd edək ki, “Azəriqaz” İB-nin təşkilatçılığı və dövlət qurumlarının iştirakı ilə belə görüşlər mütəmadi olaraq təşkil olunur. Bütün ölkə üzrə sahibkarlıq subyektləri ilə sayca 21-ci dəfə təşkil olunan “Açıq mikrofon” aksiyasında əsas məqsəd sahibkarların qarşılaşdıqları çətinliklərlə bağlı təkliflərini öyrənmək və onlara dəstək olmaqdan ibarətdir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər