2 Mart 2022 10:56
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ən böyük bankı “Sberbank” sanksiyalardan sonra Avropa bazarından çəkildiyini açıqlayıb.

Teleqraf.com “Sberbank”ın açıqlamasına istinadla xəbər verir ki, şirkətin Avropadakı filiallarında fövqəladə nağd pul axını yaşanır.

Şirkət işçilərinə və filiallarına qarşı təhdidlərin olduğunu və “Sberbank”ın hazırkı vəziyyətdə Avropa bazarından çəkilməyə qərar verdiyini bildirib.

Avstriya Kapital Bazarları İdarəsi (FMA) “Sberbank”ın Avropa qolu olan “Sberbank Europe AG”nin Avropa Mərkəzi Bankının (ECB) əmri ilə bağlandığını bildirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər