2 Mart 2022 17:05
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün keçirilən hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti ötən il dekabrın axırında qeydə alınan rekordu yeniləyərək 2 200 ABŞ dollarını ötüb.

Teleqraf.com-un məlumatına görə, 2 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 2 230 dollar təşkil edib.

Bu da ötən gün ərzindəki göstəriciyə (1396,5 dollar) nisbətən 59,4 faiz çoxdur.

Qeyd edək ki, hazırkı qiymət artımını şərtləndirən əsas amillər Rusiyanın fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlaması, eləcə də bu ölkəyə qarşı beynəlxalq miqyasda tətbiq edilən sanksiyalardır.


Müəllif: Yeganə Oqtayqızı