3 May 2022 14:14
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Ermənistan arasında nüvə əməkdaşlığı ilə bağlı saziş imzalanıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamenti məlumat yayıb.

Açıqlamaya görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edən ABŞ dövlət katibi Antoni Blinken enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı artırmaq və iki xalq arasında iqtisadi və diplomatik əlaqələri daha da gücləndirmək istədiyini bildirib.

Görüşdən sonra liderlər mülki nüvə əməkdaşlıq sazişi imzalayıblar.

Müqavilə Ermənistanın enerji təchizatını diversifikasiya etmək məqsədi daşıyır.

Görüşlə bağlı yazılı açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Blinken və Mirzoyanın Ermənistanın demokratiya və hüquqi nizamın qurulmasında əldə etdiyi irəliləyişləri və qonşuları ilə əlaqələrini qiymətləndirdiyini bildirib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər