İqtisadiyyat və Sənaye Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq Sənaye Konfransı öz işinə başlayıb.
Tədbirə 21 ölkənin dövlət qurumlarını, araşdırma mərkəzlərini, sənaye sahəsində fəaliyyət göstərən şirkətləri, 22 beynəlxalq təşkilat və maliyyə institutunu təmsil edən 300-dən çox iştirakçı qatılıb.
“XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda keçirilən Beynəlxalq Sənaye Konfransında çıxış edən Şahin Mustafayev ölkə başçısının konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi konfransın işinə uğurlar arzulayıb və BMT-nin Sənaye İnkişafı Təşkilatının Baş katibi LiYongun tədbir iştirakçılarına ünvanlanmış video müraciətini təqdim edib. Li Yong video müraciətində Bakıda Beynəlxalq Sənaye Konfransının keçirilməsindən məmnunluğunu ifadə edib, tədbirin sənaye ilə bağlı müzakirələrin aparılması baxımından mühüm platforma rolunu oynayacağını qeyd edib, 2014-cü ilin “Sənaye ili” elan edilməsini yüksək qiymətləndirib.
BMT-nin rezident əlaqələndiricisiAntoniusBruk çıxışında Azərbaycanın son illər iqtisadi sahədə böyük uğurlar əldə etdiyini və bunun yükəkqiymətləndirildiyini vurğulayıb, konfransın sənayenin davamlı inkişafına, bu sahədə təcrübə mübadiləsinə əhəmiyyətli töhfə verəcəyini qeyd edib.
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım HaydrunTempel isə çıxışında Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla davam etdiyini, Beynəlxalq Sənaye Konfransının sənaye sahəsində əlaqələrin genişləndirilməsində rolunu qeyd edib.
Konfrans çərçivəsində Azərbaycan Respublikası Hökuməti və BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlıq haqqında Çərçivə Proqramı imzalanıb. Sənədi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-LaminDaoiimzalayıblar.
Bakı Beynəlxalq Sənaye Konfransı “Müasir sənaye siyasəti və sənayenin dayanıqlı inkişafı” mövzusunda panel sessiyada öz işini davam etdirib. Sessiyada iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan sənayesi, əldə olunmuş uğurlar, ölkəmizin sənaye potensialı və inkişaf perspektivləri barədə məlumat verib. Qeyd olunub ki, sənaye əksər ölkələrdə, o cümlədən Azərbaycanda iqtisadiyyatın prioritetetistiqamətlərindəndir.
İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə, Monteneqro Respublikasının iqtisadiyyat naziri Vladimir Kavariç, Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini GeorgiКalamanov, Səudiyyə Ərəbistanın İnvestisiya Baş İdarəsinin direktor müavini Qada Alsubai, BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalar və Texnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Şamil Ələsgərov, MDB-nin icraçı katibinin müavini Sergey İvanov sessiyadakı çıxışlarında təmsil etdikləri ölkələrin və qurumların sənaye siyasəti, əldə edilən uğurlar, inkişaf istiqamətləri və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışıblar.
Sonra Fransanın “Alston” şirkəti ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Sənaye parkları və klasterləri: dayanıqlı sənaye siyasətində beynəlxalq təcrübələr” mövzusunda keçirilən panel sessiyada çıxış etmiş Türkiyə, Almaniya və s. ölkələrdən olan şirkətlərin nümayəndələri sənaye parkları və klasterlərə dair beynəlxalq təcrübə, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini Zaur Məmmədov isə Azərbaycanda bu sahədə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.
Konfransda “Azərbaycanda sənayeləşmə: ənənə və gələcək” filmi nümayiş olunub.
İki gün davam edəcək Beynəlxalq Sənaye Konfransının ikinci günü - noyabrın 27-də “Azərbaycanda investisiya imkanları və sənayenin hərtərəfli və davamlı inkişafı üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda panel sessiya keçiriləcək, yerli və xarici biznes nümayəndələri arasında işgüzar görüşlər təşkil olunacaq, tədbir iştirakçıları Sumqayıt Kimya Sənaye və Sumqayıt Texnologiyalar parklarının, “Azgüntex” MMC-nin fəaliyyəti ilə tanış olacaqlar.
Naibə QURBANOVA