27 Noyabr 2014 10:57
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri R.Həsənov Çəkilər və Ölçülər üzrə Beynəlxalq Konfransın iclasında iştirak edib

Fransanın Versal şəhərində Çəkilər və Ölçülər üzrə Beynəlxalq Konfransın 25-ci iclası keçirilib. Hər dörd ildən bir təşkil olunan iclasda ilk dəfə olaraq ölkəmiz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi timsalında təmsil olunub. İclasda Komitə sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Səfər zamanı Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun direktoru Martin Miltonla görüşdə müqabil tərəf Azərbaycanın 2015-ci ilin yanvar ayından Çəkilər və Ölçülər üzrə Baş Konfransa assosiativ üzv qismində qoşulması ilə bağlı məmnunluq hissi və təbriklərini ifadə edib.

Qeyd olunub ki, dövlət etalon laboratoriyalarının yerləşəcəyi yeni binaların inşasının 2015-ci ilin ortalarına yekunlaşdırılması gözlənilir. Dövlət etalonları laboratoriyalarının sayının 30-dək artırılması ilə bağlı planlar barədə də məlumat qarşı tərəfə bildirilib.

Direktor M.Milton öz növbəsində, Azərbaycanın metrologiya sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirib və Azərbaycanın dövlət etalon laboratoriyalarının beynəlxalq akkreditasiyası və tanınması istiqamətində müvafiq dəstəyi göstərməyə hazır olduğunu qeyd edib.

Həmçinin Fransanın Milli Metrologiya və Sınaq Laboratoriyasında görüş keçirilib.

Söbət zamanı ölkəmizdə metroloji sahənin inkişafı üçün həyata keçirilən islahatlar barədə məlumat verilib, bu istiqamətdə ikitərəfli əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb.

Komitənin 2008-ci ildən sıx əməkdaşlıq etdiyi Almaniya Milli Metrologiya İnstitutunun (PTB) prezidenti Yoaxim Ulrixlə də görüş keçirilib.

Görüşdə 2008-2010-cu illlər üzrə “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyanın gücləndirilməsi” adlı Tvinninq layihəsi və 2011-2014-cü illər üzrə “Cənubi Qafqaz ölkələrində keyfiyyət infrastrukturunun gücləndirilməsi” adlı regional layihə çərçivəsində PTB-nin indiyədək Komitəyə göstərdiyi dəstəyə görə minnətdarlıq bildirilib.

Həmçinin 2014-2017-ci illər üzrə icrası nəzərdə tutulan “Cənubi Qafqaz ölkələrində ərzaq məhsullarının sınağı və metrologiya sahəsinin gücləndirilməsi” adlı yeni regional layihə çərçivəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər