28 May 2022 20:52
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Almaniyanın təbii qaz anbarlarında doluluq dərəcəsi əvvəlki illərin eyni dövrü ilə müqayisədə yüksək olsa da, ölkənin qısa müddətdə Rusiyadan daha az qaz alması, yaxud idxalın tamamilə kəsilməsi yaxşı hal deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller deyib.

O bildirib ki, Rusiya ilə Ukrayna arasında müharibənin təsiri Avropada hələ də davam edir: “Almaniya mayeləşdirilmiş təbii qaz (LNG) almaq üçün iki üzən terminal almaq qərarına gəlib. LNG iqlimin qorunması baxımından daha çox çirklidir, lakin mövcud vəziyyətdə enerji təhlükəsizliyinin təmin edilməsi vacibdir. Bu mənada həmişə pisin müxtəlif növləri arasında seçim etməlisiniz”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər