1 Dekabr 2014 15:44
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi Azərbaycan Respublikasının Milli Məclis tərəfindən qəbul edilib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2015-ci il dövlət büdcəsinin gəlirləri 19438,0 milyon manat, xərclər isə 21100,0 milyon manat nəzərdə tutulur.

2015-ci ildə dövlət büdcəsinin kəsiri 1662,0 mln. manat və yaxud proqnzlaşdırılan ümumi daxili məhsululn 2,8 faizini təşkil edəcək.

Dövlət büdcəsinin xərclərinin 51,9 faizi cari xərclərə, 44,4 faizi əsaslı xərclərə, 3,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. Müvafiq olaraq 2014-cü illə müqayisədə 2015-ci ilin dövlət büdcəsi xərclərinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 2,4 faiz artıb, cari xərclərin xüsusi çəkisi 2,3 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,1 faiz azalıb.

Funksional istiqamətlər üzrə bu ilə nisbətən 2015-ci il dövlət büdcəsi xərclərində mədəniyyət, incəsənət, kütləvi informasiya və idman xərcləri 11,9 faiz, müdafiə xərcləri 8,6 faiz, səhiyyə xərcləri 7,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 5,9 faiz, nəqliyyat və rabitə xərcləri 5,7 faiz, iqtisadi fəaliyyət xərcləri 5,2 faiz, təhsil xərcləri 3,5 faiz, elm xərcləri 2,5 faiz artıb.

2015-ci ildə dövlət büdcəsi xərclərinin 10048.6 mln. manatı və ya 47,6 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 27,6 faiz, mütləq ifadədə isə 5826,0 mln. manat təşkil edəcək.

2015-ci ildə əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsinə 1650,0 mln. manat, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə 222,0 milyon manat vəsait nəzərdə tutulub.

2015-ci ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6,9 mlrd. manat vəsait ayrılacaqdır. İnvestisiya xərclərindən ölkənin nəqliyyat, energetika, kənd təsərrüfatı, sənaye və digər infrastrukturlarının, sosial-mədəni təyinatlı müəssisələrin tikintisinə, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına, əsas vəsaitlərin alınmasına, regionların, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının və bir sıra digər proqramlar üzrə layihələrin maliyyələşdirilməsinə vəsait ayrılması nəzərdə tutulur.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər