“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən həyata keçirilən monitorinqlərin məqsədi müəssisələrdə məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu yoxlamaq, istehlak bazarını keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan, habelə qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış mallardan qorumaqdır. Bəzən qarşılaşdığımız mənzərələr heç də ürəkaçan olmur. Bu sahədə vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Onlar malı, məhsulu keyfiyyətinə əmin olduqdan sonra almalıdırlar”.
Teleqraf.com-un məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsininn sədri Ramiz Həsənov yap.org.az saytına müsahibəsində deyib.
Rəhbəri olduğu komitənin qarşılaşdığı problemlər barədə məlumat verən Ramiz Həsənov vətəndaşlar saxta, keyfiyyətsiz malla rastlaşanda bizə müraciət etməlidirlər: “Komitə əməkdaşları bütün hallarda vətəndaşların qarşılaşdığı narazılıqlara operativ reaksiya verir, qanuna uyğun tədbirlər həyata keçirir”.
Naibə QURBANOVA