Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyə Respublikası Mərkəzi Bankında (TCMB) saxlanılan 1 milyard avroluq depozitin ödəmə müddətini uzadıb.
Teleqraf.com-un məlumatına görə, ARDNF-nin saytında dərc olunan bəyanatda qeyd olunub ki, əmanət Türkiyədə maliyyə sabitliyinin qorunmasına kömək məqsədi daşıyır.
Yanvarda Azərbaycandan TCMB-yə 1 milyard avro daxil olub.
ARDNF 6 ay müddətlə TCMB-yə bir neçə hissədən ibarət 1 milyard avro depozit qoyub. Ödənişlər yanvarın 27-də başa çatıb.