Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,24 % artaraq 102,15 ABŞ dolları təşkil edib.
Ölkənin neft-qaz bazarındakı mənbədən Teleqraf.com-a verilən məlumata görə, hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 100,01 ABŞ dollardan satılıb.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.