17 Noyabr 2022 13:09
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan 44 günlük vətən müharibəsindən təkcə qalib deyil, həm də böyük hədəflərə çatan güclü dövlət kimi çıxıb. Belə halda bütün sahələrdə rəqabət qabiliyyəti olmalıdır. Ona görə də, biz bu istiqamətdə addımları gücləndirməliyik. Mən, bizim komitə sədri Tahir Mirkişilinin verdiyi təkliflərə hökuməti həssas yanaşmağa dəvət edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Əli Məsimli deyib.

O təklif edib ki, zamanla təhsilə ayrılan vəsaitin ÜMD məhsula nisbətdə 4 faizdən 6 faizə qaldırılması üçün addımlar atılsın: “Təhlillər göstərir ki, elmin maliyyələşməsi və inkişafı vacibdir. ABŞ, Yaponiya və İsraildə elmə ayrılan vəsaitin adambaşı ilə nisbəti 1000 dollardan çoxdur. Bizdə elmə ayrılan vəsaitin adambaşına nisbəti 20 dollardır. Büdcənin məqsədli proqramlarla əlaqəsinin gücləndirilməsi məqsədilə addımlar atılmalıdır. Kəndlərin qazlaşdırılması, yolların qurulmasına, eləcə də kəndlərarasında yolların çəkilməsinə ehtiyac var. Büdcədə sosialyönümlü xərclər artıb. Eləcə də əmək haqları, pensiyaların artırılması xəbərindən sonra qiymətlər də qalxıb. Odur ki, ciddi anti-inflasiyası tədbirlərinin görülməsi zəruridir”.


Müəllif: Nemət

Oxşar xəbərlər