Türkiyə Azərbaycanın Avropaya qaz tədarükü üçün qovşağın yaradılması layihəsində iştirakına ümid edir.
Teleqraf.com xəbər verir ki, bunu çərşənbə axşamı Türkiyənin energetika naziri Fatih Dönməz TV 24 telekanalındakı çıxışı zamanı bildirib.
O bəyan edib ki, Qara dəniz yataqlarından Türkiyədəki istehlakçılara qaz tədarükünə 2023-cü ilin martında başlanması planlaşdırılır.
Qeyd edək ki, məlumata görə, Qara dənizdəki qaz yataqlarının ehtiyatları təxminən 540 milyard kubmetrdir.