Çin lideri Si Cinpin ərəb ölkələrini neftin qiymətini yuanla ödəməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, Şanxay Neft və Milli Qaz Birjası xam neft tədarükü üçün milli valyutada ödənişlər platformasına çevrilə bilər.
Bununla belə, mənbə qeyd edib ki, bu barədə danışmaq hələ tezdir. Hesab olunur ki, bu addım Çin valyutasının qlobal ticarətdə mövqeyini daha da gücləndirə və ABŞ dollarının üstünlüyünü zəiflədə bilər.