15 Dekabr 2014 15:39
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bankının təşkilatçılığı ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən bankların və prosessinq mərkəzlərinin nümayəndələri üçün “Ödəniş kartları ilə dələduzluq hallarına qarşı effektiv mübarizə tədbirləri” mövzusunda seminar keçirilib.

Teleqraf.com-un məlumatına görə, seminarda ödəniş kartları üzrə baş verən dələduzluq halları üzrə son statistik rəqəmlər və mövcud trendlər, daha geniş yayılmış dələduzluq halları və bu hallara qarşı mübarizə tədbirləri, habelə bu sahədə beynəlxalq təcrübə haqqında geniş məlumat verilib.

Müzakirələr zamanı ödəniş kartları ilə dələduzluq hallarına qarşı mübarizə tədbirləri, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən bu istiqamətdə həyata keçirilən son yeniliklər ətrafında da müzakirələr aparılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər