22 Dekabr 2022 16:02
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Faiz artımı və qlobal tənəzzül davam edərsə, qızıl qiymətləri 2023-cü ildə 4 min dollar/unsiya səviyyəsinə yüksələ bilər”.

Teleqraf.com xəbər verir ki, bunu “Swiss Asia Capital”ın baş meneceri Juerg Kiener deyib.

O bildirib ki, 2023-cü ilin ilk rübündə bir çox ölkələrin iqtisadiyyatında tənəzzül gözlənilir: “Bu, baş verəcəyi təqdirdə mərkəzi banklar qızılın qiymətini dəstəkləyən faiz artımlarını yavaşıdacaq. Faiz artımlarının yavaşlaması halında qızılın qiymətinin gələn il 2500-4000 dollar/unsiya aralığı səviyyəsinə çatacağını gözləyirik.

Qızıl bazarında böyük bir hərəkətlənmə görmək üçün yaxşı şans var. Bu, sadəcə olaraq 10 və ya 20 faiz artım olmayacaq, yeni zirvələr görünür”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər