15 Dekabr 2014 22:48
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 53,7 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 5710,7 manat (7281,3 ABŞ dolları) təşkil edib.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,5 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 56,9 faizdən 59,8 faizədək yüksəlib. Eyni zamanda, neft-qaz hasilatı və emalı sahələrində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz az əlavə dəyər istehsal edilib.

Ümumi daxili məhsulun 60,2 faizi istehsal sahələrində, o cümlədən 42,6 faizi sənayedə, 12,5 faizi tikintidə, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 32,5 faizi isə xidmət sahələrinin payına düşüb.

Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 14,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5 faizi informasiya və rabitə xidmətləri sahələrində, 48,8 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil edib.


Müəllif:

Oxşar xəbərlər