23 Dekabr 2022 22:07
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə telefon danışığı zamanı ikitərəfli iqtisadi layihələri müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.

Tərəflər arasında qarşılıqlı maraq doğuran iqtisadi layihələr üzrə birgə işin intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Hökumət başçıları ticarət-iqtisadi, elmi-texniki sahələrdə əməkdaşlığın qurulmasının aktual məsələlərini nəzərdən keçiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər