28 Dekabr 2022 13:19
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ildə Almaniya 8,35 milyard avro dəyərində silah və hərbi texnika ixrac edib.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya İqtisadiyyat Nazirliyi açıqlayıb.

Beləliklə, Almaniyanın 2022-ci ildə silah və hərbi texnika satışı 2021-ci ildə rekord 9,35 milyard avrodan sonra ölkə tarixində ikinci ən böyük ixrac rəqəminə çatıb.

Almaniyanın bu il ən çox silah və hərbi texnika satdığı ölkə Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna olub. Berlin Kiyevə 2,24 milyard avro dəyərində silah və texnikanın satışını təsdiqləyib.

Hökumətinin Ukraynaya ixrac icazələri arasında “Gepard” tipli zenit tankları, döyüş sursatları, “PzH haubitsaları”, stinger raketləri, qumbaralar, dəbilqələr və nəqliyyat vasitələri də var.

Almaniyanın NATO ölkələrinə təxminən 6 milyard avro dəyərində silah və hərbi texnika satışına icazə verməsi də diqqət çəkir.

Hollandiyaya 1,83 milyard avro, ABŞ-yə 864 milyon avro, Böyük Britaniyaya 453 milyon avro, Macarıstana 249,2 milyon avro, Avstraliyaya 196,1 milyon avro, Sinqapura 175,1 milyon avro, Cənubi Koreyaya isə 166,5 milyon avro dəyərində hərbi texnika satılıb.

Ölkənin son 5 ildə ixracatının illik orta rəqəmi 6,85 milyard avro olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər