Britaniyanın paytaxtı Londonda keçirilən hərracda “Brent” markalı neftin barreli 1,19 dollar bahalaşaraq 60,46 dollarda qərarlaşıb.
Teleqraf.com TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Nyu-York əmtəə birjasında da qiymətlərin qalxdığı müşahidə olunur. WTI markalı Texas neftinin barreli 1,30 dollar artaraq 56,12 dollara satılıb.
“United States Commodity Futures Funds” şirkətinin əsas investisiya direktoru Con Haylend bazara kapital axınının müşahidə edildiyini və qiymətlərin xeyli qalxacağına şansların böyük olduğunu bildirib.