Almaniyanın "Borussiya" klubunun baş məşqçisi Yurqen Klopp komandasını dəli yığıncağı adlandırıb. Bu barədə Teleqraf Almaniya mətbuatın istinadən məlumat verib.
Y.Klopp bildirib ki, onlar üçün ən yaxşı xəbər 2014-cü ilin başa çatmasıdır. "Bizim ünvanımıza qarşı söylənilən hər bir iradlarla razıyam. Komanda dəli dəstəyə oxşayır və bu, bizim günahımızdır".
Qeyd edək ki, "Borussiya" 17 turdan sonra cəmi 15 xal toplayıb. Hazırda turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.