22 Dekabr 2014 08:56
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təkcə bu ilin 9 ayı ərzində 162 rusiyalı Britaniya Krallığında investisiya vizası alıb. Teleqraf.com-un məlumatına görə, bu barədə Nüfuzlu “Financiel Times” nəşri yazıb.
Nəşrin bildirdiyinə görə, bu icazələr gələcəkdə vətəndaşlıq alınması və Britaniya şirkətlərinin 1 milyondan 10 milyon funt sterlinq dəyərində qiymətli kağızlarının alınması müqabilində tərpənməz əmlakın əldə olunmasına imkan verəcək. Məbləğdən asılı olaraq bu halda oturma icazəsini 2-3, vətəndaşlığı isə 5 ildən sonra almaq mümkün olacaq.
Ekspertlər varlı rusiyalıları İngiltərə axışmağa sövq edən səbəblər sırasında öz vətənlərində iqtisadi situasiyanın pisləşməsini, rublun kursunun düşməsini, Qərbin sanksiyalarını və dövlətlə onlar arasında qəliz münasibətləri qeyd edirlər.

Müəllif:

Oxşar xəbərlər