Türkiyə cari ildə ibadət yerlərində və məscidlərdə istifadə edilən təbii qaza 42,73 faiz endirim edib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan “Tvitter” hesabında açıqlayıb.
Prezident sənayedə və elektrik enerjisi istehsalında istifadə edilən təbii qaza da müxtəlif dərəcələrlə endirim edildiyin bildirib: “Sənayedə istifadə olunan təbii qaza 13,10 faizlə 25,11 faiz arasında endirim nəzərdə tutulur.
Həmçinin sənaye müəssisələrində istifadə edilən elektrik enerjisi istehsalında istehlak edilən təbii qazın qiymətini fərqli nisbətlərdə aşağı saldıq. Belə ki, elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza 12,73 faiz endirim edildi”.