27 Fevral 2023 11:10
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin ilk ayında Azərbaycana 119.1 min turist gəlib ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 1.6 dəfə çoxdur. Gələnlərin 33,8 faizi Rusiya, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan, 3,4 faizi Hindistan, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Pakistan, 2,1 faizi Küveyt, hər birindən 1,8 faiz olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 faizi digər ölkələrin vətəndaşları olub”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat Dövlət Statistika Komitəsinə istinadən bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə Böyük Britaniyadan gələnlərin sayı 47,6 faiz artıb: “Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan 8,6 dəfə, Türkmənistandan 5,0 dəfə, Özbəkistandan 5,0 dəfə, Belarusdan 3,6 dəfə, Çindən 3,1 dəfə, Qazaxıstandan 3,0 dəfə, Küveytdən 2,9 dəfə, Omandan 2,2 dəfə, İsraildən 2,1 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 1,9 dəfə, Gürcüstandan 1,6 dəfə, ABŞ-dan 1,6 dəfə, Rusiya Federasiyasından 1,5 dəfə, Böyük Britaniyadan 47,6 faiz, Türkiyədən 40,7 faiz, Ukraynadan 19,8 faiz, İrandan 15,6 faiz artıb”.

Vüqar Bayramovun sözlərinə görə, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur: “Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər.

Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2022-ci ildə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir.

Digər tərəfdən, Azərbaycana gələnlərin əksəriyyətinin qonşu ölkələrin payına düşdüyünü nəzərə aldıqsa epidemioloji vəziyyət nəzərə alınmaqla quru sərhədlərin mərhələli şəkildə açılması məqsədəuyğun olardı. Bu turizmin inkişafına töhfə verməklə yanaşı, vətəndaşlarımızın xaricə daha asan və az xərc ilə getməsinə də imkan yaradar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər