2 Mart 2023 12:58
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Texniki və texnoloji, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə məzun olan tələbələrin əmək bazarında məşğulluq səviyyəsi 70 faizdir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyi tərəfindən aparılmış təhlillərlə bu nəticəyə gəlinib: “Araşdırmalar göstərir ki, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə sahələri üzrə ixtisaslaşmış kadrlara əmək bazarında yüksək tələbat müşahidə olunur.

2022-ci ilin son rübünə olan məlumatlara əsasən bu ixtisas qrupları üzrə 2014-2020-ci illərdə məzun olan tələbələrin əmək bazarında məşğulluq səviyyəsi 70 faiz təşkil edir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər