13 Mart 2023 11:14
2 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Silicon Valley Bank” (SVB) və “Signature” Bankın iflası kimi vəziyyətlərdən qaçmaq üçün daha böyük bankların nəzarətini və tənzimlənməsini gücləndirmək üçün səylərimizi davam etdirəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden açıqlayıb.

Prezident amerikalı işçiləri və kiçik biznesləri qoruyan və maliyyə sistemini təhlükəsiz saxlayan sürətli həll yoluna nail olunmasından məmnunluğunu ifadə edib: “Problemin həlli həm də vergi ödəyicilərinin pulları riskə atılmamasını təmin edir. Amerika ictimaiyyəti və bizneslər ehtiyac duyduqları zaman bank depozitlərinə müraciət edə bilərlər”.

O, bənzər problemlərin təkrarlanmaması üçün çıxış yoluna diqqət çəkib: “Bu qarışıqlığa görə günahkarları tam məsuliyyətə cəlb etməkdə qərarlıyam və bir daha bu vəziyyətə düşməmək üçün daha böyük banklara nəzarəti və tənzimləməni gücləndirmək üçün səylərimizi davam etdirmək əzmindəyəm. Sabah tarixi iqtisadi dirçəlişimizi qorumaq üçün dayanıqlı bank sistemimizi necə saxlayacağımıza dair açıqlamalar verəcəyəm”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər