Rusiyanın qızıl-valyuta ehtiyatları 15,7 milyard dollar azalaraq 398,9 milyard dollar təşkil edib.
Publika.az-ın xəbərinə görə, ehtiyatların bu səviyyəsi 2009-cu ilin avqustunun sonlarında olan həcmə uyğundur. Avqustun 21-də ehtiyatlar 398.3 milyard dollar idi. Rusiya Federasiyasının Mərkəzi Bankının ehtiyatları azalmasının əsas səbəbi REPO valyuta hərraclarının keçrilməsi olub.Bu həraclar vasitəsilə kommersiya bankları 7 milyard dollar alıblar. Həmçinin, Rusiya Mərkəzi Bankı Maliyyə Nazirliyi ilə birlikdə bazara $5 milyard valyuta müdaxiləsi və büdcənin valyuta qalıqlarını təkilf edib.
Qeyd edək ki, uzun illərdir beynəlxalq ehtiyatlarının həcminə görə dünya lideri Çindir. Rusiya öz xarici valyuta ehtiyatları ilə dünyada 6-cı yeri tutur.