29 Mart 2023 12:26
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildə Rusiyanın Hindistana neft nəqli 22 dəfə artıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak açıqlayıb.

Novak Rusiya neftini Mərkəzi Asiya, Afrika və Latın Amerikası ölkələrinə tədarük etdiklərini bildirib:

“Bazarlarda Rusiya üçün "dost" ölkələrə üz tutduq. 2022-ci ildə Çinə neft nəqli 8 faiz artdı. Bu il də Asiya ölkələrinə nəql üçün lazımi infrastrukturu inkişaf etdirməyə davam edəcəyik. Asiya bazarının istehlak, tələb və iqtisadiyyat baxımından sürətlə böyüdüyünü nəzərə alsaq, məhsullarımıza tələbat olacağına əminik. Bunlara neft, neft məhsulları, qaz, mayeləşdirilmiş təbii qaz və kömür daxildir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər