8 Aprel 2023 17:44
5 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika araşdırma qurumunun dərc etdiyi hesabatda dollardan qaçış tendensiyasının başladığı bildirilib.

Teleqraf.com xəbər verir ki, qlobal bazarda ABŞ dollarının hegemonluğunun müzakirə olunduğu bu günlərdə ölkənin aparıcı maliyyə təhlili qurumu olan Amerika İqtisadi Tədqiqatlar İnstitutu (AIER) diqqətçəkən hesabat dərc edib.

ABŞ-ın son illərdəki pul siyasətini tənqid edən AIER dolların bazar üzərində hökmranlığının qırılmaq üzrə olduğuna diqqət çəkib. Araşdırmaya görə, ölkə siyasətinin rəhbər tuta bilməyəcəyi neytral valyutaya ehtiyacı uzun müddətdir müzakirə mövzusudur: “İran və Rusiyanın “SWIFT” kimi dollar əsaslı ticarət sistemlərindən kənarlaşdırıldıqdan sonra yaşadığı dərin iqtisadi tənəzzül bir çox ölkəni fövqəladə hallar planlarına sürükləyib. Bu çərçivədə Hindistanın rupi vasitəsilə Malayziya ilə ticarətə başlayıb, Səudiyyə Ərəbistanı və digər enerji ixracatçıları dollardan uzaqlaşıb, hətta Fransa ilə Çin arasında yuanla ilk LNG (mayeləşdirilmiş təbii qaz) ticarəti aprılıb”.

AIER ekspertləri dollardan silah kimi istifadə etməklə yanaşı, yanlış pul siyasətinin də bu qaçışa zəmin yaratdığını vurğulayıb: “Böhran dövründə Vaşinqton rəhbərliyinin dollarla bağlı həyata keçirdiyi siyasət bütün dünyada böhrana səbəb oldu. 2008-ci il maliyyə böhranı zamanı həyata keçirilən pul siyasəti dolların dəyərinin gözlənilməz artımına səbəb oldu. Eyni şəkildə, COVID-19-un yayılmasından sonra həyata keçirilən siyasət də çılğın idi. ABŞ-ın dollarla bağlı monetar siyasəti bir çox hökumətləri qlobal arenada çətin vəziyyətə saldı”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər