22 May 2023 14:19
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Konstitusiya Məhkəməsi fərdi əmək mübahisəsi zamanı işçiyə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edib. Belə ödənişlər fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Qərara əsasən, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödəniş verilməlidir".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat deyir ki, reallıqla əksər işçilər bu imkandan istifadə etmirlər və ya edə bilmirlər: “İşçilərin bu hüquqlarının qorunması üçün vahid əmək müqavilələrinin hazırlanması və tətbiq olunması vacibdir.

Həmin müqavilələrində işçinin öhdəliyi ilə yanaşı, işəgötürənin əmək haqqını yubatması ilə bağlı tələblərin müəyyənləşməsinə və gecikdirilmiş hər günə görə bir faizinin hesablanmasının əmək müqaviləsinə daxil edilməsinə ehtiyac var. Bu, bir tərəfdən işçinin öz hüquqlarını bilməsi baxımdan vacibdir, digər tərəfdən isə əmək mübahisəsi yaranan zaman ödənişin alınmasına imkan verə bilər.

Bu halda həm işəgötürənin öhdəliyi bu kontekstdən rəsmiləşir və işəgötürən əmək müqaviləsində həmin öhdəliyi götürməklə belə hallar baş verdiyi təqdirdə işçiyə əlavə vəsaitin ödənilməsini təmin edir. Nəticədə belə müqavilələr ilə işçilərin konstitusional hüquqlarını tam qorumaq mümkün olar. Bu əməkhaqqının gecikməsi zamanın işçilərin maaşlarına daha qısa müddətdə əlavələrin ödənilməsinə gətirib çıxara bilər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər