17 İyun 2023 14:56
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Boş qalan evlərdən yüksək vergilər alınmalıdır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə İstehlakçılar Birliyinin sədri Mahmud Şahin səsləndirib.

O qeyd edib ki, dövlət boş evləri aşkarlaya, daha sonra lazımi sanksiyalaı tətbiq edə bilər: “Məsələn, 1 ildən artıq icarəyə verilməyən evin əmlak vergisi 5 dəfəyə qədər artırılması mümkündür. Beləliklə, qərardan qaçanların qarşısının alınması təmin edilə bilər. Bundan əlavə, təchizatı gücləndirmək üçün sosial evlər tikilməli, Kütləvi Mənzil İdarəsi (TOKİ) işə qarışmalıdır”.

Mahmud Şahinin bu təklifi ölkədə icarə haqqının baha olması fonunda səslənib.

Bəzi mülk sahibləri evləri aşağı qiymətə icarə vermir ki, bu da nəticədə icarə haqlarının bahalaşmasına gətirib çıxarır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər