Hindistan 2075-ci ilə qədər təkcə Yaponiya və Almaniyanı deyil, həm də ABŞ-ı geridə qoyaraq dünyanın ikinci ən böyük iqtisadiyyatı olma yolundadır.
Teleqraf.com xəbər verir ki, bu, ABŞ-ın aparıcı investisiya bankı - “Goldman Sachs”ın hesabatında yer alıb.
Bildirilir ki, hazırda Hindistan Almaniya, Yaponiya, Çin və ABŞ-dan sonra dünyanın beşinci ən böyük iqtisadiyyatıdır.
Növbəti 20 il ərzində Hindistanın asılılıq nisbəti regional iqtisadiyyatlar arasında ən aşağı göstəricilərdən biri olacaq.
Ölkənin asılılıq əmsalı himayəsində olanların sayı (14 yaşdan aşağı və 65 yaşdan yuxarı) və əmək qabiliyyətli yaşda olan ümumi əhaliyə (15-64 yaş) görə ölçülür. Aşağı asılılıq nisbəti mütənasib olaraq gəncləri və yaşlıları dəstəkləyən əmək qabiliyyətli yaşlıların daha çox olduğunu göstərir.