Qlobal enerji tələbinin 2045-ci ilə qədər 23 faiz artacağı proqnozlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam Əl-Qaysın (Haitham Al Ghais) Nigeriyada keçirilən neft-qaz konfransında bildirib.
“Bu o deməkdir ki, bizim hər cür enerjiyə ehtiyacımız olacaq. “Böyük İyirmilik”dən (G-20) müsbət təsdiq almış aşağı karbonlu sistemlərə əlavə olaraq, karbon tutma və hidrogen layihələri kimi innovativ həllərə ehtiyacımız olacaq. Qlobal neft sənayesinin eyni dövrdə 12,1 trilyon dollar sərmayəyə ehtiyacı var. Amma sənaye hələ bu investisiya səviyyəsinə çatmayıb” - deyə, baş katib bildirib.