19 İyul 2023 20:27
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar-iyun aylarında Azərbaycanın Qazaxıstana ixracı 60 milyon 180 min dollar təşkil edib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə və ya 36 milyon 956 min dollar çoxdur. 2022-ci ilin müvafiq dövründə Azərbaycandan Qazaxıstana 23 milyon 224 min dollar dəyərində məhsul ixrac olunub.

Qeyd edək ki, hesabat dövründə Qazaxıstandan Azərbaycana idxal edilən məhsulun dəyəri illik müqayisədə 48 faiz azalaraq 157 milyon 970 min dollara bərabər olub.

Cari ilin yanvar-iyun aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Qazaxıstanla ticarətin payı 0,83 faiz təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər