Qazprombank Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini daha da azaldacağını istisna etmir. Azərbaycanda uçot dərəcəsinin azalacağını proqnozlaşdırır
Teleqraf.com xəbər verir ki, bunu "Qazprombank"ın Bazar konyunkturunun təhlili departamentinin rəis müavini Gulnara Haydarşina deyib.
Onun sözlərinə görə, AMB yaxındakı iclaslarda faiz dərəcəsinin mümkün trayektoriyasına dair siqnal verməyib və bildirib ki, pul siyasəti üzrə gələcək qərarlar daxili və xarici inflyasiya risklərini, həmçinin inflyasiyanın hədəf səviyyədən gözlənilən və faktiki yayınmasını nəzərə almaqla qəbul olunacaq.
"Dezinflyasiya amillərinin üstünlük təşkil etməsi bu ilin sonunadək inflyasiyanın hədəf göstəriciyə yaxınlaşması ehtimalını artırır. Xarici inflyasiya təzyiqinin zəifləməsi, həmçinin monetar şərtlərin sərtləşdirilməsi barədə əvvəlki qərarların təsiri bu proqnozun azalmasına səbəb ola bilər", - deyə o əlavə edib.
Qeyd edək ki, AMB-nin idarə heyətinin uçot dərəcəsi üzrə növbəti qərarı 20 sentyabr 2023-cü ildə açıqlanacaq.