Rusiyanın ən böyük neft şirkəti olan “Rosneft” 2023-cü ilin birinci yarısında 652 milyard rubl (təxminən 6,8 milyard dollar) xalis mənfəət əldə edib.
Teleqraf.com “Rosneft”ə istinadən xəbər verir ki, şirkət ilin ilk yarısında 3,9 trilyon rubl (təxminən 40 milyard dollar) qazanıb.
Cari ilin birinci yarısında şirkətin əsaslı xərcləri isə 599 milyard rubl səviyyəsində həyata keçirilib.
Şirkətin sözügedən dövrdə gündə 4 milyon barel neft hasil etdiyi bildirilib.