15 Sentyabr 2023 08:42
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonun ICE birjasında “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti ötən il noyabrın 16-dan bəri ilk dəfə olaraq 94 dollar/bareldən yuxarı qalxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə hərrac məlumatlarında əks olunub.

Bakı vaxtı ilə saat 00:13-ə olan birja verilənlərinə əsasən, “Brent” markalı neftin qiyməti 2,05 % artaraq 1 barelə görə 94,08 dollar təşkil edib.

Saat 00:30-da “Brent” 94,05 dollara (+2,02 %) satılıb. Eyni zamanda, oktyabr üçün WTI markalı neftin fyuçersləri 1,87 % artaraq bir barel üçün 90,6 dollar təşkil edib.


Müəllif: Teleqraf.com