30 Sentyabr 2023 15:43
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ümumi neft və neft məhsulları idxalı iyul ayında ötən ilin analoji dövrü ilə müqayisədə 1,46 faiz azalaraq 4 milyon 121 min 936 tona çatıb.

Teleqraf.com xəbər verir ki, məlumat Enerji Bazarını Tənzimləmə Qurumunun iyul ayı “Neft Bazarı Sektoru Hesabatı”da yer alıb.

Məlumata görə, Türkiyənin xam neft idxalı 19,26 faiz azalaraq 2 milyon 417 min 102 tona çatıb.

Bu dövrdə dizel növlərinin idxalı 57,94 faiz artaraq 1 milyon 265 min 470 tona çatıb.

Neft bazarında digər məhsulların ümumi ixracı 4,96 faiz azalaraq 1 milyon 9 min ton olub.

İyulda digər yanacaq növləri ilə birlikdə neft emalı zavodlarının ümumi neft məhsullarının istehsalı təxminən 7,64 faiz azalaraq 3 milyon 154 min 972 tona çatıb.

Digər tərəfdən, benzin satışı iyul ayında əvvəlki illə müqayisədə 28,91 artaraq 423 min 864 tona, dizel satışı isə 24,68 faiz artaraq 2 milyon 654 min 149 tona çatıb.

Ümumi neft məhsullarının satışı isə 24,94 faiz artımla 3 milyon 226 min 627 ton olaraq qeyd edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər