Avropa ölkəsi Çexiya maraqlı bir idxal üçün Türkiyənin qapısını döyüb.
Teleqraf.com xəbər verir ki, Çexiya firmasının Türkiyədən dəmir-dümür tədarük etmək üçün yazdığı elan marağa səbəb olub.
Belə ki, 235,91 milyard dollarlıq idxal həcmi ilə dünyanın 28-ci idxalçı ölkəsi olan Çexiyanın “B2B” platforması “TurkishExporter”də bir alış elanı yerləşdirib.
Metal qırıntıları idxal etmək məqsədi ilə yaradılan Çexiyada fəaliyyət göstərən şirkət öz elanında Türkiyədən 10/20 ton mis və alüminium qırıntıları idxal etmək istədiklərini yazıb.
Məlumata görə, şirkət bu idxalı təcili həyata keçirmək istəyir.