4 Noyabr 2023 18:57
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Şamaxı rayonunda keçiriləcək.

Teleqraf.com Birliyə istinadla xəbər verir ki, “Azəriqaz”ın İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şamaxı rayonunda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Parkında baş tutacaq. “Səyyar qəbul otağı” noyabr 6-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər