7 Yanvar 23:56
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ətraf mühit baxımından zərərli olan mövcud neft-kimya məhsullarının istehsalı müəssisələrinin (təqribən 510 ha) Bakının mərkəzindən kənara köçürülməsi və müvafiq şəkildə zonalaşdırılması təklif edilir.

Teleqraf.com xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, Səngəçal və Ələt ağır sənaye sahələrinin yerləşdirilməsi üçün əlverişlidir.

Belə ki:

- burada neft və neft-kimya məhsulları terminalı kimi müəssisələr fəaliyyət göstərir;

- burada neft-kimya və neft məhsulları (dövlət ehtiyatları daxil olmaqla), mayeləşdirilmiş qaz, həmçinin partlayıcı maddələr və zəhərli məhsullar üçün anbarlar mövcuddur;

- ərazidə yüksək səs-küy olan maşınqayırma və metallurgiya müəssisələri fəaliyyət göstərir;

- ərazidə tikinti materiallarının (məsələn, sement zavodları) istehsalı müəssisələri fəaliyyət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər