30 Yanvar 2015 15:28
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 50,14 dollar/barel təşkil edib.

1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Trend-ə verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən 0,57 dollar/barel azdıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 48,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 29-da 45,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,41 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 29-da 47,06 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,28 dollar/barel azdır.


Müəllif:

Oxşar xəbərlər