10 Avqust 19:46
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Mersin vilayətində Çukurova Beynəlxalq Hava Limanı istifadəyə verilib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çukurova Hava Limanının Türkiyənin bölgə və dünya üçün hava qapısına çevriləcəyini qeyd edib.

Onun sözlərinə görə, yeni hava limanı iki cənub əyalətinin - Adana və Mersin sakinlərinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, obyektin tikintisinə 244,5 milyon avro xərclənib və 25 il ərzində dövlət xəzinəsinə bu obyektin icarəsindən ödənişlərin 297 milyon 100 min avro olacağı gözlənilir.

İldə 9 milyon sərnişin qəbul edəcək Çukurova Hava Limanı Türkiyənin ikinci ən böyük yük terminalına malikdir. Türkiyənin Nəqliyyat Nazirliyinin məlumatına görə, ölkənin cənubundakı yeni hava limanı Yaxın Şərq ölkələri ilə hava yükdaşımalarının həcmini iki dəfə artıracaq.

Türkiyənin nəqliyyat və insfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, gələcəkdə Mersin və Adanadan hava limanına sürətli qatarla 23 dəqiqəyə çatmaq mümkün olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər