Belarusun rels bəndləri hissələrinin istehsalçısı - "DOR-MPZ" QSC Azərbaycanda istehsalat qurmağı planlaşdırır. Bunu Trend-ə şirkətin direktoru Mixail Velyuxa deyib.
Onun sözlərinə görə, mayda Minskdə MDB dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçiriləcək: "Biz Minskdə Azərbaycan tərəfindən məhsullarımızı təqdim etməyi planlaşdırırıq. Əgər razılığa gələ bilsək, komplekt hissələrin 80-90 faizi Azərbaycanda istehsal ediləcək".
M.Velyuxa qeyd edib ki, hazırda şirkət məhsulları ilə Belarus, Qazaxıstan, Moldova və Polşanı təmin edir.