28 Mart 2015 14:32
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 4,28 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisindən 0,9% çoxdur.

Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin 2 ayının yekunu üzrə hesabatında deyilir.

Hesabat dövründə istehsal edilmiş elektrik enerjisinin ümumi həcmindən 4,09 milyard kilovat-saat əmtəə elektrik enerjisinin payına düşüb ki, bu da ötən ilin analoji göstəricisindən 1,2% çoxdur.

Bu ilin ilk 2 ayında istehsal edilmiş elektrik enerjisinin ümumi həcmindən 3,94 milyard kilovat-saat istilik elektrik stansiyalarının (İES) payına düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,8% çoxdur.

Azərbaycanın su elektrik stansiyaları (SES) yanvar-fevral aylarında 142,2 milyon kilovat-saat elektrik enerjisi (əmtəə) istehsal ediblər ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 9,5 % çoxdur.

Habelə yanvar-fevral aylarında külək enerjisi ilə çalışan stansiyalarda 1,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.


Müəllif:

Oxşar xəbərlər