3 Aprel 2015 13:12
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyader qadın Elizabet Holmsu "ətəkli Stiv Cobs" adlandırırlar.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı Elizabet Holms “Forbes” və “AskMen”in "Ən nüfuzlu qadınlar-2015" reytinq siyahısında ilk onluqda yer alıb.

"Theranos" farmakologiya şirkətinin yaradıcısı olan Elizabet Holms 4,5 milyard dollarlıq varidat sahibidir. Onun şirkətinin birja kapitallaşma dəyəri isə 9 milyard dollara çatıb.

2014-cü ilin oktyabrında E.Holms "Forbes"in reytinqinə daxil edilib.

O, 19 yaşında təhsilini yarımçıq qoyaraq biznesi ilə məşğul olmağa başlayıb.

Farmasevtlər və biotexnoloqların dahi insan saydıqları Elizabet Holmsun otağında Stiv Cobsun tərcümeyi-halı var. Onun iş stili də Apple-nin banisinin imicini xatırladır: tünd çalarlı sadə geyim, qara bleyzer... Stiv Cobs təki, Elizabet də ali təhsili yarımçıq qoyub.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər