Kamerun Respublikasının gömrük nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Teleqraf.com-un məumatına görə, nümayəndə heyəti Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin və Şəhidlər Xiyabanını ziyarət edib.
Daha sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşən nümayəndə heyəti iki ölkə arasındakı münasibətlərdən danışıblar.
Aydın Əliyev Azərbaycanla Kamerunun gömrük nümayəndə heyəti arasında ilk görüşün 1995-ci ilə təsadüf etdiyni vurğulayıb, növbəti görüşün isə iki ölkə arasında ilk dövlət əhəmiyyətli görüş olduğunu deyib: “Hazırda ölkələrimiz arasında iqtisadi, xarici ticarət əlaqələri demək olar ki, yoxdur. Amma iqtisadi əlaqələr qurulmaq üzrədir. Gömrük iki ölkə arasında sərhəd rolunu oynayır və mən çox şadam ki, ölkələrimiz arasında əlaqələr məhz bu sahədən başlayır”.
Azərbaycanda gömrüyün tarixi barədə məlumat verən komitə sədri biildirib ki, bu tarix yüz illiklərlə ölçülür: “Məlumdur ki, qədim İpək Yolunun əsas hissəsi Azərbaycandan keçib və gömrük sahəsində bizim təcrübəmiz qədimdir. Sonra isə ümumilli lider Heydər Əliyev qədim İpək Yolunun bərpasına təşəbbüs göstərdi və tarixi sənədlərə görə 208 yaşı olan Azərbaycan gömrüyünün yeni mərhələsi başladı.
Müstəqilliyin ilk illərində - 1995-c ildə Heydər Əliyevin dəstəyi ilə bu sahə yeni mərhələyə qədəm qoydu. Bir çox ölkələrdən fərqli olaraq bizim statusumuz maddi-texbiki təchizat məsələsində fərqlidir. Azərbaycanda gömrük xidmətinin rəhbərliyi hüquq-mühafiz orqanı olmaqla yanaşı, hökumətin üzvüdür. 2009-cu ildən vahid pəncərə sistemi tətbiq olunur və sərhəddə fəaliyyət göstərən bir çox nəqliyyat xidmətləri, fitosanitar nəzarət gömrük orqanarı tərəfindən həyata keçirilir.
Büdcədənkənar Gömrük İnkişaf Fondu yaradılıb və biz büdcədən yalnız maaş alırıq. Fondun 25 faizi gömrük əməkdaşlarının əmək haqqına əlavə olaraq bonus şəklində verilir. Bu isə orta hesabla məvacibimizin 210 faizi qədər əlavədir”.
Aydın Əliyev DGK-ya üç təsərrüfat hesablı qurumun – Mərkəzi Gömrük Hospitalı, Azterminal Kompleksi və Kineloji Mərkəzin də daxil olduğunu deyib: “Hospitalda bütün gömrük əməkdaşları üçün xidmət pulsuzdur. Azterminal Kompleksinin fəaliyyətinə isə xaricdə tədbirlər təşkil etmək və təşviqat işləri daxildir. Təsərrüfat hesablı kineloji xidmət mərkəzi bir çox xarici ölkələrlə əməkdaşlıq edir və hazırda mərkəzə beynəlxalq status verilməsi məsələsi müzakirə olunur. Oradan Monqolustan, Türkiyə, Gürcüstan, Toqa, Qırğızısatn, Bolqariya və digər ölkələr üçün hazırladığmız itlər göndərilib. Təlim nəticələri yüksəkdir, çünki bizim itlər Avropa çempionu olub. Narkotik axtarıçı üzrə ikinci yerə çıxıblar. Hazırda Qabon üçün itlətr hazırlanır”.
Komitə sədri hazırda gömrük orqanlarında 3500-dən artıq gömrük əməkdaşının çalışdığına vurğulayıb. O, Gömrük Risklərinin İdarə Edilməsi mərkəzi üçün Gürcüstan, Rusiya və digər ölkələrin müraciət etdiyini, Kamerunla da bu və digər sahələrdə əməkdaşlıq edə biləcəklərini deyib.
Kamerun Gömrük İdarəsinin baş direktoru, xanım Li Likeng Minette Mendomo Avoumvele Libom isə dəstəyə görə minnətdrlığını bildirib: “Azərbaycan təcrübəsini öyrənmək üçün biz sizə bir müddət əvvəl müraciət etmişdik və bu əməkdaşlıq görüşünü təşkil etdiyiniz üçün hokumətinizə minnətdarıq. Bu görüş həm də beynəlxalq gömrük əməkdaşlığınıa olan marağa dəlalət edir. Kamerun hökuməti gömrüyün müasirləşdirilməsi məsələsinə böyük önəm verir. Bu sahədə təcrübə mübadiləsinə peşəkar əməkdaşlarımız dəstək olacaq.
Təcrübənizdən yararlanmaq üçün sizin fəaliyyətinizlə tanışlıq böyük önəm kəsb edir. Kamerun Gömrük İdarəsi böyük islahatlar ərəfəsindədir və sizin təcrübənizə ehtiyacımız var. Güman edirik ki, sizin dəstəyiniz böyük töhfələr verəcək”.
Baş direktor ilk təəssüratlarının yüksək olduğunu və bundan sonra əməkdaşlığı davam etdirəcəklərini vurğulayıb.
Naibə QURBANOVA