6 May 2015 01:23
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin aprel ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 12 393 metr qazma işi həyata keçirib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 12 380 metri istismara aid olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-aprel aylarında SOCAR üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 33 143 metr qazma işi (ötən ilin analoji dövründə 28,86 faiz az) görülüb ki, bunun da 32143 metri istismara, 1000 metri isə kəşfiyyata aid olub.

Qeyd edək ki, ilin əvvəlindən qazmadan alınmış 21 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.


Müəllif:

Oxşar xəbərlər